AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Cəlil Məmmədquluzadənin ev-muzeyində Mirzə Ələkbər Sabirin 160 illiyi qeyd olunub
İyn 06, 2022 | 10:52 / Mühüm hadisələr
Oxunub 105 dəfə

Cəlil Məmmədquluzadənin ev-muzeyində Mirzə Ələkbər Sabirin 160 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli və professor Cahangir Məmmədli Sabirin yaradıcılığından, xüsusilə onun “Molla Nəsrəddin” jurnalındakı fəaliyyətindən söz açıblar.

Abdulla Şaiqin ev-muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə və Cəlil Məmmədquluzadənin ev-muzeyinin baş elmi işçisi Yeganə Məmmədova Sabirin məktəblərdə, universitetlərdəki təbliğindən danışıb, bu cür tədbirlərin tez-tez təşkil olunacağını vurğulayıblar.

Əməkdar jurnalist, professor Allahverdi Məmmədli isə Sabirin satira janrındakı novatorluğundan, əsərlərinin aktuallığından söz açıb. “Molla Nəsrəddin”çilərin hər birinin ölkə mədəniyyətindəki yerini qeyd edib.

Tədbirdə Əməkdar müəllim Məlahət Babakişiyevanın rəhbərliyi ilə 150 nömrəli məktəbin şagirdləri Sabirin yaradıcılığından şeirlər oxuyublar.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Elşən Məmmədov və tarzən Səid Quliyev musiqi nömrələri ifa ediblər.

Tədbirin sonunda iştirakçılara Fəxri fərmanlar təqdim olunub.

 www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015