AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA alimlərinə beynəlxalq qurumun medalları təqdim olunub
İyn 02, 2022 | 12:34 / Mühüm hadisələr
Oxunub 329 dəfə

Bakıda üç gün davam edən I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində ictimai-siyasi xadimlər, şair və yazıçılarla yanaşı, AMEA-nın ədəbiyyatşünas alimləri də mükafatlandırılıblar.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Beynəlxalq Türk Akademiyasının (BTA) təsis etdiyi Əlişir Nəvai Qızıl medalı ilə təltif olunub. Tanınmış türkoloq alimlər – AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi və AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov isə Beynəlxalq Türk Akademiyasının Gümüş medalı ilə təltif olunublar.

Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Darxan Kıdırəlinin imzaladığı təltif sertifikatlarını və medalları AMEA-nın alimlərinə BTA-nın vitse-prezidenti Füzuli Məcidli təqdim edib.

 www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015