AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Ədəbiyyat İnstitutunun gənc alimləri “Zəfər yolu” tamaşasının premyerasında iştirak ediblər
May 31, 2022 | 12:09 / Konfranslar, iclaslar
Oxunub 76 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Azərbaycan Akademik Milli Dram Teatrında “Zəfər yolu” tamaşasının premyerasında iştirak ediblər.

Vətən müharibəsi mövzusunda səhnələşdirilən tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, bəstəkarı Xalq artisti Səyavuş Kərimidir. Baş rolları xalq artistləri Nurəddin Mehdixanlı, Hicran Nəsirova, əməkdar artist Anar Heybətov və başqaları ifa ediblər. Ədəbiyyat İnstitutunun gənc alimləri tamaşadan sonra Xalq artistləri Azər Paşa Nemətov, Nurəddin Mehdixanlı, bəstəkar Səyavuş Kərimi ilə görüşüb, tamaşa ilə bağlı fikir mübadiləsi aparıb, xatirə şəkilləri çəkdiriblər.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015