AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Əlyazmalar İnstitutunda “Şuşa ədəbi mühiti” mövzusunda elmi seminar keçirilib
İyn 01, 2022 | 11:10 / Konfranslar, iclaslar
Oxunub 95 dəfə

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Şuşa ili”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Böyük Qayıdış” Gənclər Təşkilatının təşəbbüsü ilə “Şuşa ədəbi mühiti” mövzusunda elmi seminar keçirilib.

Tədbir gənclər arasında Şuşa şəhərinin qədim tarixi və zəngin mədəni irsi haqqında məlumatlılığın artırılması məqsədilə təşkil olunub.

Seminardan əvvəl gənclər institutun Ekspozisiya zalında nümayiş olunan “Şuşa Qarabağın incisidir” adlı sərgiyə tamaşa edib, burada Əlyazmalar İnstitutunun Əlyazma və şəxsi arxivlər fondunda mühafizə olunan Şuşa ədəbi mühitinin yetirmələrinin əsərlərinin əlyazma nüsxələri və mədəniyyət paytaxtına aid tarixi əhəmiyyətli sənədlərlə tanış olublar.

Daha sonra institutun akt zalında seminarın açılışı olub. İnstitutun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov, elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Raqub Kərimov seminarda Qarabağ folkloru, Şuşanın poeziya nümunələrində əksi, Qarabağ ədəbi-mədəni mühitinin intibah dövrü, Şuşa ədəbi mühitinin ədəbiyyatımıza qazandırdığı simalar və başqa mövzular haqqında ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

 www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015