AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Humanitar Elmlər üzrə Problem Şurasının növbəti iclası keçirilib
May 25, 2022 | 10:15 / Konfranslar, iclaslar
Oxunub 175 dəfə

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Humanitar Elmlər üzrə Problem Şurasının növbəti iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri, akademik İsa Həbibbəyli açaraq şuranın fəaliyyəti barədə məlumat verib.

Sonra akademik İ.Həbibbəyli Problem şurasına ayrı-ayrı ixtisaslar üzrə çoxsaylı müraciətlərin daxil olduğunu bildirib, cari iclasda müzakirəyə çıxarılacaq dissertasiya mövzularını diqqətə çatdırıb.

Problem şurasının sədri, akademik İsa Həbibbəyli, sədr müavinləri - Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya elmləri doktoru Sənubər Abdullayeva, eyni zamanda şuranın elmi katibi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Bəsirə Əzizəliyevanın əyani və şuranın digər üzvləri və mövzuları müzakirəyə çıxarılan doktorant və dissertantların onlayn iştirakı ilə keçirilən iclasda 114 mövzuya baxılacağı söylənilib.

Daha sonra B.Əzizəliyeva müxtəlif ixtisaslar üzrə iclasa təqdim olunan 36 elmlər və 78 fəlsəfə doktoru proqramı üzrə dissertasiya mövzusunu təqdim edib. Hər bir mövzu və iddiaçı barədə təqdimat formasında məlumat verilib. Aparılan müzakirələrdə Problem şurasının üzvləri fəal iştirak ediblər.

Sonda qeyd edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

 www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015