AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Ədəbiyyat İnstitutunun doktorant və dissertantları Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olublar
May 24, 2022 | 11:12 / Konfranslar, iclaslar
Oxunub 89 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ekskursiya təşkil olunub.

Ekskursiyada Ədəbiyyat İnstitutunun doktorant, dissertant və magistrantları iştirak ediblər. Səfər çərçivəsində muzeydə sərgilənən eksponatlarla yaxından tanış olan ziyarətçilərə muzeyin fəaliyyəti haqqında məlumat verilib.

Sonda Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyeva muzeylərə təşkil olunan ekskursiyaların əhəmiyyətindən danışıb, gənc tədqiqatçıları Ədəbiyyat İnstitutu ilə daha sıx əməkdaşlıq etməyə çağırıb.

www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015