AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
"Yunus Əmrə aşiqləri" adlı gecə keçirilib
May 10, 2022 | 10:31 / Konfranslar, iclaslar
Oxunub 219 dəfə

05 may 2022-ci il tarixində Beynəlxalq Muğam Mərkəzi, Yunus Əmrə İnstitutu və Dünya Musiqi Xəzinəsinin İncisi Muğam İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Yunus Əmrə aşiqləri" adlı gecə keçirilib. AMEA Folklor İnstitutunun "Qorqud" folklor ansamblının müşayiəti ilə Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertdə öncə İnstitutun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov çıxış edərək ulu türk ozanının türkdilli şeirin inkişafında, təsəvvüf ədəbiyyatının ən yüksək zirvəyə çatmasında misilsiz xidmətlərindən bəhs edib. Akademik çıxışı zamanı Yunus Əmrə yaradıcılığının fəlsəfi aspektlərinə də toxunub.

Sonra "Qorqud" folklor ansamblının bədii rəhbəri, Əməkdar artist, muğam ifaçısı Nuriyyə Hüseynovanın, qiraətçi Həlimət Sultan, solistlər- Ülviyyə Sədaqət və Çilənay Hüseynlinin ifasında Yunus Əmrənin şeirləri və sözlərinə bəstələnmiş mahnılar səslənib. Türkiyədən qatılan sənətçi Orxan Çakmak da gecədə ünlü türk ozanının sözlərinə bəstələdiyi mahnıları ifa edib. Şair-publisist, Əməkdar jurnalist Zərnişan Turan isə Yunus Əmrə şeirləri ilə gecəyə xüsusi rəng qatıb.
Sözügedən gecədə millət vəkili Qənirə Paşayeva, bir qrup ziyalılar və sənət adamları, eləcə də Türkiyə iş adamları iştirak ediblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015