Akademiyanın elmi nailiyyətlərinin sərgisi KİV-də geniş işıqlandırılıb
May 06, 2022 | 12:24 / Konfranslar, iclaslar
May 06, 2022 | 12:24 / Konfranslar, iclaslar
Oxunub 52 dəfə
Aprelin 27-dən etibarən AMEA-nın Əsas binasında təşkil olunan Akademiyanın elmi nailiyyətlərinin sərgisi ilə bağlı ölkənin aparıcı kütləvi informasiya vasitələrində silsilə video və fotoreportajlar yayımlanıb.
Belə ki, Azərbaycan Televiziyası, İctimai TV, ATV, Space TV-də efirə getmiş videosüjetlərdə, həmçinin AzərTac, Trend və Report agentliklərində yayımlanmış fotoreportajlarda sərginin məqsədi və nümayiş olunan materiallar barədə ictimaiyyətə geniş məlumat verilib, eləcə də AMEA-nın əməkdaşları müsahibələrində əldə etdikləri nailiyyətlərdən danışıblar.
Qeyd edək ki, “Elm günü” münasibətilə təşkil olunmuş sərgi mayın 6-da başa çatacaq.
www.science.gov.az