AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Elm” qəzetinin yeni sayı çap olunub
Apr 15, 2022 | 09:37 / Konfranslar, iclaslar
Oxunub 127 dəfə

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirəyə dair material yer alıb.

Bundan əlavə, “Teknofest Azərbaycan” festivalı çərçivəsində keçiriləcək sərgidə AMEA-nın elmi müəssisələrinin iştirakına həsr olunan onlayn müşavirə, AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun Akademiyanın gənc alimləri ilə görüşü, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda çalışan Azərbaycan alimlərinin elmin inkişafına dair AMEA-nın Rəyasət Heyətinə təqdim etdikləri təkliflər və s. məlumatlar oxuculara təqdim edilir.

Vəsaitdə, həmçinin “İlham Əliyevin yaratdığı gerçəkliklər”, “Narkotəhlükəsizlik və pandemiyadan sonrakı dünya prizmasından gələcəyə baxış”, “Azərbaycan ədəbiyyatının Rusiya təmsilçisi”, “Tarixçi alim Nərgiz Əliyevanın “Azərbaycanda İslam mədəniyyəti” kitabı barədə”, “Azərbaycan paleolit məktəbinin banisi”, “Mənalı ömrün fəlsəfəsi”, “Azərbaycan xalçalarında oğuz damğaları və tarixi mənalar kəsb edən rəmzlər” sərlövhəli məqalələr, nəşrlər, müsabiqə və s. informasiyalarla tanış ola bilərsiniz.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015