AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Məmməd Səid Ordubadinin "Ədəbiyyatımız haqqında" məqalələr toplusu nəşr edilib
Apr 07, 2022 | 10:07 / Konfranslar, iclaslar
Oxunub 129 dəfə

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Səid Ordubadinin “Ədəbiyyatımız haqqında” məqalələr toplusu çapdan çıxıb.

Məqalələri ərəb əlifbasından transfoneliterasiya edib nəşrə hazırlayan, kitabı tərtib edən və “Ön söz”ün müəllifi Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru Nailə Səmədovadır.

Kitaba Məmməd Səid Ordubadinin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı şəxsi arxivində qorunan ədəbiyyata dair məqalələri, çıxışları, məruzələri, eləcə də XX əsrin əvvəllərində yazıçının Məhəmməd Füzuli, Molla Vəli Vidadi, Nişat Şirvani və Ağa Məsih Şirvani haqqında dövri mətbuatda nəşr olunan yazıları transfoneliterasiya edilərək daxil edilib. M.S.Ordubadinin məqalələrinin III cildini təşkil edən toplu filoloq alimlər, müəllimlər, tələbələr və ədəbiyyatsevərlər üçün nəzərdə tutulub.

Qeyd edək ki, Məmməd Səid Ordubadinin 150 illik yubileyi münasibətilə hazırlanan yeni nəşrin elmi redaktoru filologiya elmləri doktoru, professor Tərlan Quliyev, rəyçiləri filologiya elmləri doktoru Raqub Kərimov və filologiya üzrə fəlsəfə doktoru Könül Bağırovadır.

science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015