AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Ədəbiyyat İnstitutunun bir neçə əməkdaşı “Xarıbülbül” medalına və diplomuna layiq görülüb
Apr 08, 2022 | 09:53 / Konfranslar, iclaslar
Oxunub 171 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bir neçə əməkdaşı “Qafqaz Media” İctimai Birliyi tərəfindən “Xarıbülbül” medalına və diplomuna layiq görülüb.

Təqdimetmə mərasimində AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli də iştirakı edib.

Medalları ictimai birliyin sədr müavini Sahilə Abdullayeva təqdim edib. Alimlərdən filologiya elmləri doktoru, professor Məmməd Əliyev, filologiya elmləri doktoru Mahirə Quliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, filologiya üzrə fəlsəfə doktoru, Birinci Qarabağ müharibəsi qazisi Qədim Qubadov təltif olunublar.

science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015