AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Professor Qəzənfər Kazımovun 85 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçiriləcək
Apr 11, 2022 | 09:44 / Konfranslar, iclaslar
Oxunub 156 dəfə

20 may 2022-ci ildə professor Qəzənfər Kazımovun anadan olmasının 85 illiyinə həsr olunan “Qəzənfər Kazımov və Azərbaycan filologiyası” adlı respublika elmi konfransı keçiriləcək.

Konfrans aşağıdakı bölmələr üzrə aparılacaq:

 Qəzənfər Kazımov və Azərbaycan dilçiliyi

 Dil və üslub məsələləri

 Ədəbiyyat və dil tarixi məsələləri

 Türkologiyanın aktual problemləri

 Terminologiya və onomastika məsələləri

 Nəzəri və tətbiqi dilçilik

İştirakla bağlı məlumat və məqalə elektron formada 15 may 2022-ci ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir.

E-mail: dilcilikconference@gmail.com

Konfransın işçi dilləri: Azərbaycan dili.

Məqalələrin göndərilməsi üçün son tarix -15 may 2022-ci il

Qəbul edilən məqalələr haqqında məlumatın verilməsi - 18 may 2022-ci il

Konfransın plenar iclası və bölmə iclasları - 20 may 2022-ci il

Məqalənin tərtibi qaydaları:

  • Həcm: ingilis və rus dillərində xülasə ilə birlikdə 6 səhifə, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25. Mətn sətirdən-sətrə keçirilmədən yığılmalıdır.

Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2] və ya [2; 5; 8] və ya [2, s.14-15] və ya [2, s.17; 7, s.233-234].

Məqalənin strukturu:

  1. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi qalın şriftlə
  2. Məqalənin adı böyük hərflərlə, qalın şriftlə
  3. Təşkilat və şəhərin adı adi şriftlə

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə məlumat verilməyəcək.

Ünvan: AZ 1143, Hüseyn Cavid prospekti, 117. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu.

e-mail: dilcilikconference@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015