AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Humanitar Elmlər üzrə Problem Şurasının iclası keçirilib
Fev 24, 2022 | 09:50 / Mühüm hadisələr
Oxunub 233 dəfə

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Humanitar Elmlər üzrə Problem Şurasının növbəti iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri, akademik İsa Həbibbəyli açaraq şuranın 2021-ci ildəki fəaliyyəti və təsdiq edilmiş dissertasiya mövzuları barədə məlumat verib.

Sonra akademik İ.Həbibbəyli Humanitar Elmlər üzrə Problem Şurasına ayrı-ayrı ixtisaslar üzrə çoxsaylı müraciətlərin daxil olduğunu bildirib.

Şuranın sədri, akademik İsa Həbibbəyli, sədr müavinləri - Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya elmləri doktoru Sənubər Abdullayeva, həmçinin şuranın elmi katibi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Bəsirə Əzizəliyevanın əyani, Problem şurasının digər üzvləri və mövzuları müzakirəyə çıxarılan doktorant və dissertantların onlayn iştirakı ilə keçirilən iclasda 126 mövzuya baxılıb.

Daha sonra Problem şurasının elmi katibi Bəsirə Əzizəliyeva müxtəlif ixtisaslar üzrə iclasa təqdim olunan 36 elmlər və 90 fəlsəfə doktoru proqramı üzrə dissertasiya mövzusunu təqdim edib. Hər bir mövzu və iddiaçı barədə təqdimat formasında məlumat verilib.

Aparılan müzakirələrdə şuranın üzvləri fəal şəkildə iştirak ediblər.

Sonda qeyd edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015