AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Ədəbiyyat İnstitutunun Elmi şurasının iclası keçirilib
Fev 28, 2022 | 09:45 / Konfranslar, iclaslar
Oxunub 196 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Elmi şuranın hibrid formatda növbəti iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib.

Sonra Azərbaycan şifahi xalq ədəbiyyatı və ədəbi abidələr şöbəsinin əməkdaşı Aygün Qasımova 60 illik yubileyi münasibətilə Fəxri fərmanla təltif olunub.

Elmi şurada “Məmməd Səid Ordubadinin 150 illik yubileyinin keçirilməsi haqqında” və “Qulam Məmmədlinin 125 illik yubileyinin keçirilməsi haqqında” məsələlər də müzakirə edilib. Eyni zamanda “AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun I kurs magistrantlarının 2021-2022-ci tədris ilinin I semestri üçün attestasiyalarının təsdiqi haqqında” məsələyə baxılıb və magistrantların nəticəsi məqbul hesab olunub.

Həmçinin çap və müsabiqə məsələləri də müzakirə edilib. 20 yanvar 2022-ci il tarixində “Elm” qəzetində dərc olunmuş elana əsasən, ümumilikdə on şöbə üzrə seçkilərin keçirilməsi məsələsinə də baxılıb. Üç şöbəyə şöbə müdiri, yeddi şöbəyə elmi işçilərin seçilməsi və bir nəfərin dosent elmi adı almasına dair məsələlər səsə qoyularaq qəbul olunub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015