AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Akademik Teymur Kərimlinin üzvü olduğu jurnal “Web of Science” və “Scopus” bazalarına daxil edilib
Yan 05, 2022 | 10:51 / Mühüm hadisələr
Oxunub 91 dəfə

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin 2015-ci ildən üzvü olduğu İslam Əlyazmaları Cəmiyyətinin (Böyük Britaniya) “İslam əlyazmaları jurnalı” (“Journal of Islamic Manuscripts”) “Web of Sci­ence” və “Scopus” elmmetrik bazalarına daxil edilib.

Qeyd edək ki, 2010-cu ildə təsis olunmuş “İslam əlyazmaları jurnalı” “Brill” nəşriyyatı (Niderland) tərəfindən ildə 3 dəfə çap olunur. Redaksiya fəaliyyətində akademik Teymur Kərimlinin də iştirak etdiyi jurnalın bütün nüsxələri dünyanın aparıcı kitabxanaları ilə yanaşı, AMEA Əlyazmalar İnstitutuna da daxil olur və tədqiqatçıların ixtiyarına verilir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015