AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Humanitar elmlər üzrə problem şurasının iclası keçirilib
Dek 14, 2021 | 12:13 / Konfranslar, iclaslar
Oxunub 210 dəfə

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Humanitar elmlər üzrə problem şurasının növbəti iclası keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, problem şurasının sədri, akademik İsa Həbibbəyli açaraq Humanitar elmlər üzrə problem şurasına ayrı-ayrı ixtisaslar üzrə çoxsaylı müraciətlərin daxil olduğunu və onların mütəmadi olaraq problem şurasının iclaslarında müzakirəyə çıxarıldığını söyləyib. İsa Həbibbəyli iclasda müzakirəyə çıxarılacaq dissertasiya mövzuları barədə məlumat verib.

Humanitar elmlər üzrə problem şurasının sədri, akademik İsa Həbibbəyli, sədr müavinləri Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya elmləri doktoru Sənubər Abdullayeva, şuranın elmi katibi, filologiya elmləri doktoru Bəsirə Əzizəliyevanın iştirakı ilə hibrid formatda təşkil olunan iclasda 104 mövzuya baxılıb.

Daha sonra problem şurasının elmi katibi Bəsirə Əzizəliyeva müxtəlif ixtisaslar üzrə iclasa təqdim olunan 19 elmlər doktoru və 85 fəlsəfə doktoru proqramı üzrə dissertasiya mövzusunu təqdim edib. Hər bir mövzu və iddiaçı barədə təqdimat formasında məlumat verilib. Mövzuları müzakirəyə çıxarılan doktorant və dissertantların iştirakı ilə keçirilən müzakirələrdə Humanitar elmlər üzrə problem şurasının üzvləri fəal şəkildə iştirak ediblər.

Qeyd olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015