AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib
Dek 16, 2021 | 10:19 / Konfranslar, iclaslar
Oxunub 310 dəfə

Dekabrın 15-də AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının onlayn iclası keçirilib.

AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli iclası açaraq gündəlikdə duran elmi-təşkilati məsələlər haqqında məlumat verib.

Tədbirdə əvvəlcə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli elan edilməsi haqqında” 6 yanvar 2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələrdən bəhs edilib. Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi İli” ilə əlaqədar Humanitar və İctimai Elmlər bölmələrinin elmi-tədqiqat müəssisələrində 39 kitabın çap olunduğunu vurğulayıb.

Sonra Nizami Gəncəvi adına Ədəbiyyat, Nəsimi adına Dilçilik və Elm Tarixi institutlarının Elmi şuralarının tərkibində qismən dəyişiklik edilməsi məsə­ləsin­ə baxılaraq müvafiq qərarlar verilib.

İclasda, həmçinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin strukturunda dəyişiklik edilməsi haqında qərar qəbul olunub.

Daha sonra Elmi şuranın iclasında bir sıra kadr məsələlərinə baxılıb və cari məsələlər müzakirə edilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015