AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib
Noy 05, 2021 | 11:31 / Mühüm hadisələr
Oxunub 434 dəfə

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Nyu-York Elmlər Akademiyasının üzvü, professor Vüqar Əhməd Özbəkistan Respublikası Mahpirat adına Orta Asiya Xalqları Tarixi İnstitutu, “Turan” Elmlər Akademiyasının Rəyasət Heyətinin akademiki seçilib və sözügedən qurumun medalı ilə təltif olunub.

Vüqar Əhməd bu mükafata Azərbaycan və türk xalqları  arasındakı dostluq, qardaşlıq münasibətlərinin güclənməsinə verdiyi töhfələrə, eləcə də türk dünyasının ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.

Özbəkistan Respublikası Mahpirat adına Orta Asiya Xalqları Tarixi İnstitutu, “Turan” Elmlər Akademiyasının  Prezidenti,  akademik Heydərbəy  Bababəyov cənabları Vüqar Əhmədə Azərbaycanda elminin inkişafındakı xidmətlərinə görə akademik elmi adına layiq görüldüyünü bildirib və təbrik məktubu göndərib.

Ötən həftə Vüqar Əhməd  Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilmişdi.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015