AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Akademik İsa Həbibbəyli "Yaşayan Dədə Qorqud" mükafatına layiq görüldü
Noy 29, 2021 | 11:25 / Mühüm hadisələr
Oxunub 236 dəfə

Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhad Kabaklı 2021-ci il üçün "Yaşayan Dədə Qorqud" mükafatı sahiblərinin adlarını açıqlayıb. APA-nın məlumatına görə görkəmli alimlərimiz “Yaşayan Dədə Qorqud” mükafatına layiq görülüblər.

Vəqfin İdarə Heyətinin toplantısında qəbul etdiyi qərarla 2018-ci ildən bu yana Türk Dünyası nəzdində verilən mükafat bu il Azərbaycandan iki nəfərə təqdim olunur. Millət vəkili, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla “Yaşayan Dədə Qorqud” mükafatına layiq görülüblər.

Əsərləri bir sıra dillərə çevrilən İ.Həbibbəyli və K.Abdulla uzun illər apardıqları elmi araşdırmalara, çox sayda elmi, bədii və bioqrafik əsərlərinə, Türk mədəniyyətinə və ədəbiyyatına xidmətlərinə, Türk dünyasının birliyi uğrunda həyata keçirdikləri elmi və ədəbi fəaliyyətə görə mükafatlandırılıblar.

 

https://literature.az/?page=185&newsId=117439&lang=aze

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015