AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibi seçilib
Noy 30, 2021 | 11:24 / Konfranslar, iclaslar
Oxunub 232 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının yeni üzvləri və sədri seçilib.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli yeni üzvləri və sədri təqdim edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Akademik vurğulayıb ki, bu heyət tamamilə yeni gənclərdən təşkil olunub. Bunlar Şəfa Əliyeva (sədr), Orxan İsayev (müavin), filologiya üzrə fəlsəfə doktoru Gülnar Qəmbərova, Nurlanə Məmmədova, Şəbnəm Babayeva, Lalə Paşayeva və Günel İsgəndərovadır. Əvvəlki sədr filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva haqqında müsbət fikir söyləyən akademik İsa Həbibbəyli onun artıq elmlər doktorluğu müdafiəsinə az vaxt qaldığını bildirib və yaş həddinə görə sədr vəzifəsindən azad edildiyini diqqətə çatdırıb.

Xatırladaq ki, Şəfa Əliyeva 2014-cü ildə Ədəbiyyat İnstitutuna “Ədəbiyyat nəzəriyyəsi” ixtisası üzrə doktoranturaya qəbul olub. “Azərbaycan tənqidi realist dramaturgiyasında dialoq və monoloq” mövzusunda dissertasiya işi ilə əlaqədar bir çox respublika və beynəlxalq konfranslarda iştirak edib. 20-dən çox elmi məqalənin müəllifidir. Məqalələri Ali Attestasiya Komissiyasının qoyduğu tələblərə tam cavab verir. 2018-ci ildə Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində əmək fəaliyyətinə başlayıb. Hazırda Ədəbi cərəyanlar sektorunda elmi işçi kimi çalışır. 2018-2019-cu illərdə akademik İsa Həbibbəylinin təşəbbüsü ilə institutda təşkil edilmiş ingilis dili kurslarında müəllim kimi fəaliyyət göstərib. Şəfa Əliyeva dissertasiya işinin müzakirəsini müvəffəqiyyətlə tamamlayıb. Hazırda növbəti mərhələ olan elmi seminara hazırlaşır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015