AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib
Noy 19, 2021 | 02:17 / Konfranslar, iclaslar
Oxunub 20 dəfə

Noyabrın 19-da AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının onlayn iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti, Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli açaraq gündəlikdə duran elmi-təşkilati məsələlər haqqında məlumat verib.

Əvvəlcə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi məsələsi müzakirə edilib. İnstitutun daxili imkanları hesabına və mövcud ştat sayı daxilində yeni şöbələrin yaradılması və bir neçə şöbənin adında dəyişiklik edilməsinin vacibliyi iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra Hüquq və İnsan Haqları İnstitutunda Hüququn yeni sahələri (ekoloji hü­quq, informasiya hüququ, intellektual hüquq, süni intellekt hüququ, tibb hüququ) adlı şöbənin yara­dıl­ması, eləcə də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin daxili imkanları və mövcud ştat vahidi əsasında Hacıqabul şəhərində Mirzə Baxış Nadim adına Şirvan Filialının yaradılması haqqında müvafiq qərarlar qəbul edilib.

Elmi şuranın sədri, akademik İsa Həbibbəyli, həmçinin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun, eləcə də Milli Azərbaycan Tarixi Muzeyinin Elmi şurasının tərkibində  qismən dəyişiklik edilməsi məsələləri barədə məlumat verib.

Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İsmayıl Məmmədli 75 illik yubileyi, Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin böyük elmi işçisi, Əməkdar mədəniyyət işçisi Sənubər Kərimova 85 illiyi münasibətilə AMEA-nın Humanitar Elmlər Bölməsinin Fəxri fərmanı ilə təltif ediliblər.

Bundan əlavə, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Ə.Xaqani adına Aran Regional Filialının direktoru, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Azərbaycan ədəbiyyatının təbliği sahəsindəki səmərəli fəaliyyətinə və Vətən müharibəsinin kürdəmirli şəhidlərinə həsr olunmuş “Ölümü ömür seçənlər” kitabına görə  AMEA-nın Humanitar Elmlər Bölməsinin Fəxri fəmanı ilə təltif edilib.

Elmi şuranın iclasında bir sıra kadr məsələlərinə də baxılıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015