Akademik Teymur Kərimlinin Müzəffər Azərbaycan Ordusuna həsr olunmuş “Dəmir Yumruq” adlı şeiri çap olunub.
Okt 01, 2021 | 11:24 / Yeni nəşrlər
Okt 01, 2021 | 11:24 / Yeni nəşrlər
Oxunub 556 dəfə
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin “525-ci qəzet”də Azərbaycan xalqına, onun birliyinə, Müzəffər Azərbaycan Ordusuna həsr olunmuş “DƏMİR YUMRUQ” adlı şeiri çap olunub. Alim şeirdə “dəmir yumruğ”un dəmir yurddan, dəmir eldən, dəmir iradədən doğduğunu, el yaddaşının ölməz olduğunu qeyd etmiş, Ana Vətənin yetişdirdiyi qeyrətli, ilham dolu, xilaskar ərənlərindən bəhs edərək, onların igidliklərini xüsusilə vurğulamışdır.
Şeirin tam mətnini sizə təqdim edirik:
Əgər bilmək dilərsənsə, DƏMİR YUMRUQ nədən doğmuş:
Dəmir yurddan, dəmir eldən, dəmir iradədən doğmuş!
Duman çökdürmək istərkən elin başına düşmənlər,
Yarıb zülmətləri çıxmış, günəştək zirvədən doğmuş!
Elin yaddaşı ölməz ki, həmişə dumduru, şəffaf,
Dədəm Qorqud kitabından, nağıl, əfsanədən doğmuş!
Gələndə dar günü yurdun, oyanıb canlanır yaddaş,
Deyərsən bəs çinarlardır, palıdlardır, çəmən doğmuş!
Anamızdır Vətən, ancaq hücum etdikdə namərdlər,
Xilaskar ərləri bil ki, Vətən əkmiş, Vətən doğmuş!
Xoş olsun halına yurdun, gəlib ilhama, qeyrətdən
Dəmir yumruqlu sərkərdə, müzəffər bir ərən doğmuş!
Sənin də adının əsli dəmirdir, Teymur, ancaq ki,
DƏMİR YUMRUQ vuran yerdə sənə həm bir qələm doğmuş...