AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“İsmayil xan Ziyadxanov” adlı monoqrafiya çap olunub
Okt 01, 2021 | 10:28 / Yeni nəşrlər
Oxunub 296 dəfə

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə “İsmayıl xan Ziyadxanov” adlı monoqrafiya işıq üzü görüb.

Kitabın müəllifləri Ənvər Çingizoğlu və Aydın Ziyadxanlıdır.

Oxuculara təqdim olunan bu kitab Rusiya I Dövlət Dumasının nümayəndəsi, Azərbaycan Cümhuriyyətinin qurucularından biri, Adil xan Ziyadxanın böyük qardaşı, siyasi və ictimai xadim İsmayıl xan Ziyadxanovun həyat və fəaliyyəti haqqındadır. Kitabda arxiv sənədlərindən, müxtəlif dillərdə çap olunmuş elmi əsərlərdən faydalanaraq ciddi axtarışlar aparılıb, Azərbaycanın milli, hüquqi və demokratik dövlətçiliyinin əsasını qoymuş həmin şəxslə bağlı geniş məlumatlar təqdim edilib.

Tədqiqatçılar, müəllim və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Şəhla Nurizadə, redaktoru tarix üzrə fəlsəfə doktoru, dosent Mahal Qacar, rəyçiləri isə tarix elmləri doktoru Qasım Hacıyev, tarix üzrə fəlsəfə doktoru, dosent Pirağa İsmayılzadə və tarix üzrə fəlsəfə doktoru, dosent Tofiq Həsənovdur.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015