AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Folklor İnstitutunun əməkdaşının yazısı Belçikada nüfuzlu saytda yer alıb
Sen 14, 2021 | 11:03 / Yeni nəşrlər
Oxunub 315 dəfə

Bu günlərdə AMEA Folklor İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Nizami Muradoğlunun "Nizami Gəncəvinin milli kimliyi" adlı məqaləsi Belçikanın nüfuzlu atunispoetry.com ədəbi saytında yayımlanıb. Müəllif yazıda Nizami Gəncəvi irsinin öyrənilməsində, onun əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsində bir çox yanlışlıqlara yol verildiyini, eləcə də şairin milli kimliyi ilə bağlı, türklük ilə əlaqəli beytlərinin, misralarının deformasiyalara məruz qaldığını, ya ixtisar, ya da təhrif edildiyini diqqətə çatdırıb. Alimin fikrincə, xüsusilə şairin dini görüşlərinin ifadə olunduğu, bəşərin sonuncu peyğəmbəri - Məhəmməd (s.s.)-in milli kimliyini və şairin özünün türklüyünü öyrənmək baxımından həmin misraların böyük əhəmiyyət daşıdığı şəksizdir. Nizami Gəncəvinin Azərbaycan şairi, milliyyətcə təmiz türk olduğunu vurğulayan N.Muradoğlu məqalədə böyük şairin həm də doğma ana dili – türk dilində divan yazdığını və professor Əliyar Səfərlinin şairin türk dilində divanı haqqında elm aləminə geniş məlumat verdiyini, şairin milli kimliyinin və bədii irsinin araşdırılmasında bu divanın böyük əhəmiyyət daşıdığını qeyd edib. Məqalədə şairin milli mənsubiyyəti və türklüklə bağlı məsələlərə də geniş yer verilmişdir.

NATIONAL IDENTITY OF NIZAMI GANJAVI / Bu: Prof. Dr. Nizami MURADOGLU | ATUNIS GALAXY POETRY (atunispoetry.com)

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015