AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Nadir Şah Əfşarın fərman və məktubları” adlı yeni kitab işıq üzü görüb
Avg 02, 2021 | 02:00 / Yeni nəşrlər
Oxunub 365 dəfə

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış “Nadir Şah Əfşarın fərman və məktubları” adlı yeni kitab işıq üzü görüb. Kitaba Azərbaycanın, eləcə də bütün Yaxın Şərqin həm hərb tarixində, həm də siyasi həyatında silinməz iz qoymuş görkəmli dövlət xadimi və böyük fateh Nadir şah Əfşarın fərman və məktublarının tərcüməsi daxil edilmişdir. Azərbaycan dilində nəşr edilən bu sənədlərin böyük bir qismi ilk dəfə müxtəlif əlyazma mənbələrindən seçilərək toplanıb və Əlyazmalar İstitutunun tanınmış tərcüməçi-mütəxəssisləri: filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov, böyük elmi işçi Hacı Rauf Şeyxzamanlı və ərəbşünas-tədqiqatçı Minəxanım Şahbazova tərəfindən tərcümə edilmişdir. Yeni nəşr nadirşünas tədqiqatçılar üçün mötəbər istinad mənbəyi olacaqdır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015