AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Başqırd Dövlət Universitetinin əməkdaşı Əlyazmalar İnstitutunda olub
İyl 05, 2021 | 11:50 / Görüşlər
Oxunub 428 dəfə

Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Başqırd Dövlət Universitetinin Tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Nadir Salih AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.

Qonağa institutun tarixi, beynəlxalq əlaqələri, burada mühafizə olunan əlyazmalar və yerinə yetirilən tədqiqat işləri barədə ətraflı məlumat verilib.

Nadir Salih Ufa şəhərinin 3 arxivində mövcud olan ümumilikdə 2500 əlyazma üzərində apardığı “Ərəb qrafikalı əlyazmalar Başqırdıstanda (tarixi oçerk)” monoqrafiyasını institutun kitabxanasına hədiyyə edib və “Cənubi Qafqaz ölkələrinin əlyazma fondlarında mühafizə olunan ərəb qrafikalı əlyazmalar” mövzusunda elmi tədqiqat aparmaq və bu məqsədlə müəssisənin fondlarında mövcud olan arxeoqrafik sənədlərlə tanış olmaq istədiyini bildirib.

O, səfər çərçivəsində Əlyazmalar İnstitutunun Ekspozisiya zalında nümayiş etdirilən qədim əlyazmalarla, eləcə də oxu zalındakı ərəbdilli əlyazmaların kataloqu ilə tanış olub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015