AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Cavidin irsi Türkiyəli tədqiqatçıların maraq dairəsindədir
İyn 24, 2021 | 10:32 / Müsahibələr, çıxışlar
Oxunub 463 dəfə

Anakara Universitetinin Dil, tarix və coğrafiya fakültəsinin əməkdaşı, gənc türkoloq Atabəy Barış AMEA-nın Hüseyn Cavidin Ev Muzeyində olub.

Gənc tədqiqatçıya Hüseyn Cavidin həyatı, yaradıcılıq yolu, əsərləri, faciəli taleyi, xatirəsinin əbədiləşdirilməsi, Bakıdakı ev muzeyinin yaradılması və s. haqqında ətraflı məlumat verilib. Azərbaycan ədəbiyyatı nümayəndələrinin yaradıcılığından tərcümələr etdiyini bildirən Türkiyəli tədqiqatçı Hüseyn Cavidin Ev Muzeyinin nəşrləri ilə də tanış olub.

Hüseyn Cavidin əsərlərini də müasir türk dilinə uyğunlaşdırmaq və tədqiq etmək istədiyini bildirən Atabəy Barışa görkəmli şair və dramaturqun muzey tərəfindən nəşrə hazırlanan külliyyatı hədiyyə olunub. Onunla gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Atabəy Barış bu vaxta qədər Əbdürrəhim bəy Haqverdiyevin dram əsərlərini türk dilinə uyğunlaşdırıb, Xəlil Rza Ulutürk və Bəxtiyar Vahabzadənin yaradıcılığını tədqiqata cəlb edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015