AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Vüqar Əhməd beynəlxalq şeir müsabiqəsinin qalibi olub
İyn 22, 2021 | 10:22 / Mühüm hadisələr
Oxunub 340 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, tanınmış şair Vüqar Əhməd beynəlxalq şeir müsabiqəsində qalib olub.

İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində XVI Beynəlxalq Rəzəvi şeir festivalı keçirilib. Türkdilli şairlərin qatıldığı festivala 1000-ə yaxın əsər təqdim olunub. Təqdim edilən əsərlərin sırasında Azərbaycan şairləri Vüqar Əhməd, Hacı Soltan və Seyid Nurəddinin əsərləri də yer alıb. Ölkəmizi festivalda təmsil edən hər üç şairin şeirləri münsiflər tərəfindən qalib elan olunub.

İran İslam Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan festivalın qaliblərinə İranın Azərbaycandakı səfirliyinin Şəhriyar adına Mədəniyyət Mərkəzində təqdimat mərasimi keçirilib. Qonaqlar arasında professor Şahin Fazil, Arif Buzovnalı, Hacı Səyyaf, Elşən Xəzər və başqaları da yer alıb.

Azərbaycan şairlərinin çıxışlarından məmnunluq ifadə edən Mədəniyyət Mərkəzinin direktoru, hüquq elmləri doktoru Ağaye Əli Purmərcan iki ölkənin xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından bu cür ədəbi əlaqələrin əhəmiyyətini vurğulayıblar.

Festivalın sonunda Vüqar Əhmədə və digər qaliblərə diplom və hədiyyələr təqdim olunub. Vüqar Əhməd “Allah bizə səbr ver” şeiri ilə çıxışını tamamlayıb. Şeir qonaqlar tərəfindən hərarətlə qarşılanıb.                        

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015