AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Ədəbiyyat İnstitutu tərəfindən MEK-ə yeni nəşrlər təqdim edilib
İyn 09, 2021 | 09:31 / Konfranslar, iclaslar
Oxunub 413 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən Mərkəzi Elmi Kitabxanaya (MEK) 33 adda nəşrlər daxil olub.

Təqdim olunan nəşrlər Azərbaycan ədəbiyyatı və ədəbi irsinin tədqiqi, çağdaş ədəbiyyatşünaslıq elminin nailiyyətləri, milli-mənəvi dəyərləri və görkəmli ədəbiyyatçı alimlərin monoqrafik tədqiqatlarını özündə əks etdirir.

Daxil olan ədəbiyyatlar sırasında akademik İsa Həbibbəylinin “Kitabi-Dədə Qorqud” adlı monoqrafiyası, on cildlik “Azərbaycan ədəbiyyatı tarixi”, “Xəqani Şirvani. Həyat və yaradıcılığı”, 2019-cu ilin ədəbi prosesinin müxtəlif istiqamətlər üzrə təhlil olunan “Ədəbi proses. 2019”, Rauf Sadıxovun “Sənətin izi ilə” kitabı, İsa Həbibbəyli və İsmixan Osmanlının tatar ədəbiyyatının görkəmli şairi, publisist və tərcüməçi, ictimai xadim Qabulla Tukayın Azərbaycan mətbuatı və ədəbiyyatı ilə əlaqələrini özündə əks etdirən “Qabulla Tukay və Azərbaycan”, Bədirxan Əhmədlinin “Rabindranat Taqor. Yeni Hindistan manifesti”, Orxan Arasın “Əsəd Bəy – Qurban Səid: gizlinlər və gerçəklilər” kitabı, “Filologiya və sənətşünaslıq”, “Azərbaycan ədəbiyyatşünaslığı”, “Müqayisəli ədəbiyyatşünaslıq”, “Poetika.İzm” kimi jurnallar və  digərləri yer alıb.

Təqdim edilən qiymətli nəşrlər toplu ədəbi prosesi ardıcıl olaraq izləyən və araşdıranlar üçün faydalı elmi mənbələrdir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015