AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Salar Baba Xaridarinin “Oğuznamə”si işıq üzü görüb
May 18, 2021 | 02:20 / Yeni nəşrlər
Oxunub 554 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən Salar Baba Xaridarinin “Oğuznamə”si nəşr edilib.

Kitab institutun Elmi şurasının qərarı ilə çap olunub.

Kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. Türkmən dilindən Azərbaycan dilinə çevirən, ön sözün müəllifi və nəşrə hazırlayan filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlıdır. Rəyçi akademik Teymur Kərimli, nəşrə məsul isə filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır. 21 hekayətdən ibarət olan kitab 72 səhifədir.

XVI əsrdə yaşayan Salar Baba Xaridarinin bu əsəri elmdə “Salar Baba oğuznaməsi” kimi tanınır. “Oğuznamə” Salar Babanın “Cami ət-təvarix” (“Tarixlər toplusu”) əsərinin bir hissəsidir. Bu “Oğuznamə” bütöv halda “Oğuz övladi-ətbaq və baqi-ətrak tarixi” (“Oğuz və onun nəslinin və qalan türklərin tarixi”) adlanır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015