AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
18 may - Beynəlxalq Muzeylər Günüdür
May 18, 2021 | 01:34 / Mühüm hadisələr
Oxunub 387 dəfə

Muzeylər tarixi, maddi və mənəvi dəyərlərin saxlandığı, qorunduğu, eləcə də öyrənildiyi müəssisədir. Təsadüfi deyil ki, hər bir insan xarici ölkələrə səfər edərkən həmin ölkənin mədəniyyəti, tarixi, ədəbiyyat və incəsənəti ilə tanış olmaq üçün məhz muzeylərə səfər edir.

1978-ci ildən 18 may tarixi UNESKO-nun təşəbbüsü ilə Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Dünyada ən tanınmış muzeylər sırasında Fransada Luvr muzeyinin, Amerikada  Milli İncəsənət Qalereyasının, Rusiyada Ermitaj muzeyin, Birləşmiş Krallığın məşhur Britaniya muzeyinin adların çəkə bilərik.

Azərbaycanı ziyarət edən, ölkəmizi daha yaxından tanımaq istəyən turistlərin də üz tutduqları bir çox muzeylər var. Bu gün sizə AMEA-nın nəzdində fəaliyyət göstərən və ölkənin tanınmış muzeyləri barədə danışacağıq. Bunlar Milli Azərbaycan Tarixi MuzeyiMilli Azərbaycan Ədəbiyyatı MuzeyiHüseyn Cavidin Ev Muzeyi və  Dendrologiya İnstitutudur. Akademiyanın nəzdində olan hər bir müəssisədə özünəməxsus eksopanatlar, portretlər, tablolar, məişət və geyim əşyaları,  məktublar və digər sənədlər nümayiş etdirilir.

Daha ətraflı Elm Tv-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015