AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Müasir türk dillərində sözyaratma üsulları” kitabı çapdan çıxıb
May 18, 2021 | 01:13 / Yeni nəşrlər
Oxunub 531 dəfə

 Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi Qətibə Çingiz qızı Mahmudovanın “Müasir türk dillərində sözyaratma üsulları”(Bakı: Zəngəzurda nəşriyyatı, 2021, 200 səh. ) adlı kitabı çap olunmuşdur. Kitabın redaktoru filologiya elmləri doktoru, professor Məmmədəli Novruzov(Qıpçaq), rəyçiləri filologiya elmləri doktoru, professor İsmayıl Kazımov, filologiya elmləri doktoru, professor Sevinc Əliyevadır.

  “Müasir türk dillərində sözyaratma üsulları” adlanan tədqiqat əsəri türk dillərinin söz yaradıcılığına həsr olunub. Türk dillərinin söz yaradıcılığında istifadə olunan üsullar monoqrafiyanın əsas mövzusunu təşkil edir. Əsərdə müasir türk dillərində yeni sözlərin yaranmasında istifadə olunan üsul və metodlar əhatəli şəkildə araşdırılmışdır. Monoqrafiya filologiya, türkologiya, ümumən dilçiliklə məşğul olanlar üçün böyük əhəmiyyət kəsb edir. Bu kitabdan gənc dilçi tədqiqatçılar-doktorant və magistrlər də faydalana bilərlər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015