AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
MEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı "Nizami Gəncəvi yaradıcılığında vətənpərvərlik motivləri" mövzusunda videokonfransda məruzə ilə çıxış edib
May 07, 2021 | 04:50 / Konfranslar, iclaslar
Oxunub 478 dəfə

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı fil.f.d. T. Bədəlova Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə təşkil edilmiş "Nizami Gəncəvi yaradıcılığında vətənpərvərlik motivləri" mövzusunda videokonfransda məruzə ilə çıxış etmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Emin Rüstəmovun moderatorluğu ilə aparılan tədbirdə Azərbaycan Diaspor Könüllüləri və dünyanın müxtəlif ölkələrindən qatılan Azərbaycan diasporunun Gənclər təşkilatlarının üzvləri, diaspor fəalları iştirak ediblər. Məruzələrdən sonra tədbir Azərbaycan–İtaliya Gənclər Assosiasiyasının italyan dilində Nizami Gəncəvi haqqında hazırladığı videoçarxın nümayişi ilə davam edib. Bu təşəbbüs barədə assosiasiyanın sədri Səbuhi Mürsəlli məlumat vermişdir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015