AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı “Nizami Gəncəvi irsində: Söz, Kitab və Mütaliə” adlı onlayn tədbirdə iştirak etmişdir
Apr 23, 2021 | 03:18 / Konfranslar, iclaslar
Oxunub 472 dəfə

23 aprel 2021-ci il tarixində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova “Nizami Gəncəvi irsində: Söz, Kitab və Mütaliə” adlı onlayn tədbirdə iştirak etmişdir. “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə, “Nizami Gəncəvi İli” nə həsr olunmuş tədbirdə T.Bədəlova Nizami Gəncəvi yaradıcılığından, onun dünya və Şərq ədəbiyyatının bədii fikir tarixində əhəmiyyətli rolundan söz açaraq dahi şairin əsərlərinin hər zaman dünya şərqşünaslıq elminin diqqət mərkəzində olduğunu bildirmiş və  şairin əsərlərinin geniş təhlilini vermişdir.

Tədbir Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilmişdir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015