AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA Əlyazmalar İnstitutunun əməkdaşı beynəlxalq konfransda məruzə ilə çıxış edib
Apr 22, 2021 | 12:32 / Konfranslar, iclaslar
Oxunub 506 dəfə

Gürcüstan Respublikasının Beynəlxalq Qafqaz Universitetində “Gürcüstan-İran siyasi, iqtisadi və mədəni əlaqələri”nə dair IV və V beynəlxalq onlayn elmi konfranslar keçirilib.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov IV konfransda əyani, V konfransda isə onlayn iştirak edib.
IV konfransda o, ““Təzkireyi-Nəvvab” XIX əsr Qarabağ ədəbi mühitinin aynası kimi”, onlayn iştirak etdiyi V konfransda isə “Gürcü əsilli farsdilli təzkirə müəllifi gürcü Əhməd” adlı məruzə ilə çıxış edib. Bu məruzədə müəllif tərəfindən təqdim olunan Azərbaycan şairləri haqqında məlumata geniş yer verilib.
Qeyd edək ki, beynəlxalq elmi konfransın materialları Beynəlxalq Qafqaz Universiteti (Gürcüstan) və İran İslam Respublikasının Gürcüstandakı Səfirliyinin Mədəniyyət şöbəsinin təşkilatçılığı ilə nəşr olunub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015