AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA Əlyazmalar İnstitutunun əməkdaşları Nizami Gəncəviyə həsr olunan beynəlxalq tədbirdə məruzə ediblər
Apr 20, 2021 | 12:16 / Konfranslar, iclaslar
Oxunub 467 dəfə

17 aprel 2021-ci il tarixində Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Nizami ili” çərçivəsində növbəti tədbir keçirilib. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş dəyirmi masanın moderatoru AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Yusifova olub. Onlayn şəkildə baş tutan tədbirdə Türkiyənin Kastamonu və Karabük Universitetlərinin, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun və Bakı Slavyan Universitetinin əməkdaşları iştirak ediblər.
Dəyirmi masada Əlyazmalar İnstitutun üç əməkdaşının məruzəsi dinlənilib. İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov “Bir daha Nizaminin türk mənşəyi haqqında”, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli “Nizami yaradıcılığında təsəvvüf”, Multidistiplinar əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İbrahim Quliyev “Nizami yaradıcılığında zərdüştlük” mövzusunda çıxış ediblər. Məruzələr böyük maraqla qarşılanıb.
Tədbirdə, həmçinin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Təhsil şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva da Nizami ardıcılları haqqında çıxış edib. Mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015