AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Folklor İnstitutunun əməkdaşı "Aşıq Ələsgərin 200-cü ildönümü və aşıq musiqisi və ədəbiyyatının Azərbaycan mədəniyyətindəki yeri" mövzusundakı tədbirdə iştirak edib
Apr 20, 2021 | 03:00 / Konfranslar, iclaslar
Oxunub 447 dəfə

18 aprel 2021-ci il tarixində Türkiyə Cümhuriyyətinin Çağdaş Azərbaycan Dərnəyinin (İzmir şəhərində) təşkilatçılığı ilə "Aşıq Ələsgərin 200-cü ildönümü və aşıq musiqisi və ədəbiyyatının Azərbaycan mədəniyyətindəki yeri" mövzusunda ədəbi tədbir keçirilib. Onlayn formatda baş tutan görüşü Camal Mehmethanoğlu giriş sözü ilə açaraq Aşıq Ələsgərin yaradıcılığı və şəxsiyyəti ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb.
Sonra dərnəyin youtube kanalından canlı olaraq yayımlanan tədbirdə mövzu ətrafında çıxışlar dinlənilib. Tədbirə Hollandiyadan Azərbaycan Evinin sədri Elxan Mirhəşimli, Türkiyədən şair, Prof.Dr. Məmməd İsmayıl, Pərviz Altay, Diclə Universiteti Ədəbiyyat Fakültəsi Türk Ləhcələri Bölümündən Dos.Dr. Nailə Əskər, Urmiya Universitetindən Dr. İsmayıl Ülkər, Kipr Lefke Avropa Universitetindən Yrd. Dos. Dr. Nazim Muradov, Güney Azərbaycandan şair Məsud Haray, Türkiyədə şeir sənəti ilə bağlı onlarla önəmli mükafatın sahibi, aşıq nəvəsi şair Toğrul Kəskin, Leyla Nizaməddin, Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, prof. Almaz Ülvi Bünyadzadə, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d.,dos. İlhamə Qəsəbova, Qərbi Azərbaycan İcmasının Qadınlar şurasının sədr müavini, tex.ü.f.d., dos.Rəhilə Abdullayeva, Qərbi Azərbaycan İcmasının Qadınlar şurasının sədr müavini Teyfə Zülfüqarova qatılıblar.
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d, dos.İlhamə Qəsəbova "Aşıq Ələsgər yaradıcılığında ustadnamələr" mövzusunda çıxış edib.
Tədbirdə “Aşıq Pəri” məclisinin rəhbəri, şairə Pərvanə Zəngəzurlu, Aşıq Nargilə, Aşıq Baxşəli, Asim Pirimov (tar ve saz sənətçisi), Aşıq Oqtay Zamani və həyat yoldaşı Xayat Zamaninin ifaları maraqla qarşılanıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015