AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“525-ci qəzet”in Nizami Gəncəviyə həsr olunmuş özəl buraxılışı işıq üzü görüb
Apr 16, 2021 | 09:46 / Yeni nəşrlər
Oxunub 527 dəfə

“525-ci qəzet”in 16 aprel 2021-ci il (№66 (5632)) tarixli sayında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Siracəddin Hacının Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş irihəcmli araşdırması yer alıb. “Nizami Gəncəvi - 880” rubrikası formatında çap olunan məqalə “525-ci qəzet”in özəl buraxılışı” kimi yayımlanıb. Buraxılışın elmi redaktoru professor Əlizadə Əsgərlidir.

Ümumilikdə 32 səhifə həcmində çap olunan bu sayda 5-28-ci səhifələr Nizami Gəncəviyə həsr olunub. “Nizami Gəncəvinin iki məktubu: dünya siyasət və diplomatiya tarixinin iki şah əsəri” adlı yazı filologiya üzrə fəlsəfə doktoru, dosent Siracəddin Hacıya məxsusdur.

Araşdırmanın “Birinci məktubun şərhi: “İran padşahının Bəhram Gura məktubu” adlı bölmənin şərhi” hissəsi giriş, 48 beytin şərhi və nəticə hissələrindən ibarətdir. “İkinci məktubun şərhi: “Bəhramın iranlılara cavabı” bölməsinin şərhi” isə giriş, 126 beytin şərhi və nıticədən ibarətdir. Həmçinin “Nizaminin təbliğ etdiyi dəyərlər” bölümü də verilib. Məqalə “Nizaminin gözəl duası” ilə tamamlanır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015