
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun əməkdaşı vebinarda iştirak edib
Apr 13, 2021 | 11:00 / Konfranslar, iclaslar
Apr 13, 2021 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 543 dəfə
13 aprel tarixində 328 nömrəli məktəbin təşkilatçılığı ilə keçirilən "Nizami Gəncəvi aylığı" adlı vebinarda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun dosenti, fil.f.d.Təhminə Bədəlova iştirak etmiş və vebinar iştirakçıları, eləcə də 5-8 sinif şagirdləri üçün "Nizami Gəncəvi bir şair və bir alim kimi" mövzusunda məruzə ilə çıxış etmişdir. Vebinar şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır. Vebinarda 113 nömrəli məktəbin direktoru G. Rüstəmova, 214 nömrəli məktəbin direktoru F.Fəttayev, eləcə də ədəbiyyat müəllimləri iştirak etmişlər.