AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Dastandan üzü bəri” verilişində Qaracaoğlanın yaradıcılığı haqqında danışılıb
Apr 14, 2021 | 11:55 / Müsahibələr, çıxışlar
Oxunub 454 dəfə

9 aprel 2021-ci ildə AMEA Folklor İnstitutunun əməkdaşı, fil.ü.f.d. Elçin Qaliboğlu Azərbaycan radiosunun “Dastandan üzü bəri” verilişinin qonağı olub. Verilişdə XVII yüzil məşhur Anadolu türk aşıq-şairi Qaracaoğlanın yaradıcılığı haqqında danışılıb. Qaracaoğlanın yaradıcılığı özünəqədərki ümumtürk ədəbiyyatının gözəlliklərini mahiyyətcə ifadə etməklə, habelə özündən sonrakı türkdilli ədəbiyyatın da inkişafına güclü təkan verib. Yaradıcılığındakı zəngin müşahidəçilik, qürbət əhvallı şeirlərinin doğmalığı, dilinin aydınlığı, insani rəftarı ilə ciddi hörmət qazanması ömrü ilə bağlı rəvayətli məqamların yaranmasına, hətta dastanlaşmasına səbəb olub. Yaradıcılığı Azərbaycan xalq ruhuna son dərəcə doğma olmasındandır ki, tarixi torpaqlarımızda yaşaması ilə bağlı rəvayətlər yaranıb. Qaracaoğlanın yaradıcılığı Azərbaycan aşıq poeziyasına, ümumən şeirimizə ciddi təsir edib.
Xətayə Sahabinin aparıcısı olduğu verilişdə xalq artisti, tanınmış diktor Eldost Bayramın ifasında Qaracaoğlanın poeziyasından örnəklər təqdim olunub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015