AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA Folklor İnstitutunun əməkdaşı "Aşıq Ələsgər - 200" anım tədbirində iştirak edib
Apr 13, 2021 | 11:43 / Konfranslar, iclaslar
Oxunub 466 dəfə

11 aprel 2021-ci il tarixində Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə onlayn formatda "Aşıq Ələsgər- 200" anım tədbiri keçirilib. Tədbiri Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli açaraq Aşıq Ələsgər yaradıcılığı haqqında fikirlərini bölüşüb. O, Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayan prezident İlham Əliyevə iştirakçılar adından təşəkkür edərək qeyd edib ki, bu yubileyin zəfərlə başa vurduğumuz 44 günlük Vətən müharibəsindən sonraya təsadüf etməsi olduqca xoş təəssürat yaradıb. Sonra Aşıq Ələsgərin 150 illiyindən çəkilmiş video çarx təqdim edilib.
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova anım tədbirində iştirak edərək, "Aşıq Ələsgər yaradıcılığında təcnisin müqayisəli tipologiyası" mövzusunda çıxış edib.
Tədbirə "Aşıq Ələsgər" sevənlər, millət vəkili Məlahət İbrahimqızı, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli, Naqif Həmzəyev, Qurban Həsənov, Avtandil Ağbaba, Şakir Muradov, Telli Pənahqızı, Aşıq Nemət Qasımlı, Fəxri Cəfərov, Azadə Novruzova, Rahilə Abdullayeva, Leyla Abdullayeva, Nağdəli Zamanov, Şakir Muradov, eləcə də Almaniyadan Nizaməddin Onk, Türkiyədən Murtuza Karaçanta, Camal Mehmethanoğlu, Dərya Akdemir qatılaraq bir-birindən maraqlı fikirlər bölüşüblər. Aşıq Nemət Qasımlının ifası da iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015