AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Folklor İnstitutunun əməkdaşı Ərciyəs Universitetində mühazirə edib
Apr 07, 2021 | 04:00 / Konfranslar, iclaslar
Oxunub 433 dəfə

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin əməkdaşı, fil.ü.f.d.,dos. Məleykə Məmmədova Kayseridə yerləşən Ərciyəs Universitetinin "Çocuk folkloru" dərsinə onlayn qoşularaq "Azərbaycan və Anadolu uşaq oyunları" mövzusunda mühazirə edib. O, mühazirəsində milli mədəni irsimiz olan uşaq oyunlarımızı tanıdıb, həmçinin Folklor İnstitutunun bu sahədə gördüyü toplama və nəşr işləri, antologiyalar, tədqiqatlar barədə ətraflı məlumat verib. M.Məmmədova slayd nümayişi zamanı oyunlarla bağlı video materiallardan da istifadə edib. Mühazirə universitet tələbələri tərəfindən maraqla qarşılanıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015