AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Muzeyin əməkdaşı "Nizami Gəncəvi İli"nə həsr olunan tədbirdə iştirak edib
Apr 14, 2021 | 11:12 / Konfranslar, iclaslar
Oxunub 458 dəfə

Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar müxtəlif müəssisə və təşkilatlarda tədbirlər, layihələr həyata keçirilir.

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən konfrans keçirilib.

Mərkəzin məktəb-teatr dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbir dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.

Toplantıda Nizami muzeyinin Təhsil şöbəsinin mütəxəssisi Mehriban Vəliyeva məruzə ilə çıxış edib. Onun Nizami muzeyinin yaranma tarixi və ekspozisiya zənginliyindən bəhs edən məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015