AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Hüseyn Cavidin Ev Muzeyində “Vətənim” verilişinin çəkilişləri baş tutub
Apr 14, 2021 | 11:04 / Konfranslar, iclaslar
Oxunub 454 dəfə

AMEA Hüseyn Cavidin Ev Muzeyi dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin ədəbi irsinin, həyat və yaradıcılıq yolunun təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Belə mühüm işlərdən biri də kütləvi informasiya vasitələri ilə əməkdaşlıqdır.

Bu günlərdə Hüseyn Cavidin Ev Muzeyində “Mədəniyyət” kanalında yayımlanan “Vətənim” verilişinin çəkilişləri baş tutub. Belə ki, verilişin növbəti buraxılışı dahi sənətkar Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunub. Bu məqsədlə muzey əməkdaşları çəkiliş qrupunu H.Cavidə aid ən müxtəlif orijinal eksponatlarla, ədibin avtoqraf əlyazmaları, şəxsi əşyaları və s. ilə təmin ediblər.

Qeyd edək ki, “Vətənim” verilişinin aparıcısı AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovdur.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015