
Ədəbiyyat İnstitutunda növbəti dezinfeksiya işləri aparılıb
Apr 06, 2021 | 10:05 / Konfranslar, iclaslar
Apr 06, 2021 | 10:05 / Konfranslar, iclaslar
Oxunub 514 dəfə
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda pandemiya dövrünün tələblərinə uyğun olaraq sanitar-dezinfeksiya işləri həyata keçirilib.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sözügedən müəssisənin bütün otaqları, şöbələri və dəhlizləri dezinfeksiya edilib.
Qeyd edək ki, institutun kollektivi koronavirusla mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabinetinin qərarlarına və tövsiyələrinə ciddi əməl edir. Müəssisədə sanitar-dezinfeksiya və digər qabaqlayıcı işlər mütəmadi olaraq həyata keçirilir.