Apr 06, 2021 | 09:50 / Konfranslar, iclaslar
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova Azərbaycan Milli Xalça Muzeyində “Nizami Gəncəvi yaradıcılığında sənət və sənətkarlar” mövzusunda məruzə ilə çıxış edib.
T.Bədəlova məruzəsində dahi şairin öz əsərlərində şairlik, rəssamlıq, memarlıq, musiqi, xalçaçılıq, zərgərlik, daşyonma və s. kimi müxtəlif sənət sahələrinə, sənətkarlara verdiyi yüksək dəyərdən, onların özünəməxsus cəhətlərindən danışıb. O, həmçinin görkəmli söz ustadı Nizami Gəncəvinin yaradıcılığından maraqlı nümunələr səsləndirib.
Sonda mühazirə iştirakçılarının suallarını cavablandırıb, onlara, həmçinin muzeyin kitabxanasına müəllifi olduğu “Nizami Gəncəvi və “Kəlilə və Dimnə” motivləri” kitabını hədiyyə edib.