AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Aşıq Ələsgərin “Lirika” kitabı çap olunub
Apr 06, 2021 | 09:40 / Yeni nəşrlər
Oxunub 21 dəfə

Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibətilə Azərbaycan Aşıqlar Birliyi tərəfindən aşığın “Lirika” kitabı nəşr olunub.

Kitab AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlının “Ələsgərəm hər elmidən halıyam...” başlıqlı əhatəli ön sözü ilə işıq üzü görüb. Kitabı nəşrə hazırlayanlar Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı və Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur. Nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.

Dörd bölmədən ibarət kitabda “Gəraylılar”, “Qoşmalar”, “Təcnislər” və “Müxəmməslər” yer alıb. Həmçinin aşığın şeirlərində işlədilmiş arxaizmlərin və ərəb-fars mənşəli sözlərin lüğəti verilib. İlk dəfə olaraq bu topluda aşığın şeirlərinin hansı aşıq havası üstə oxuna bilməsi barədə örnəklər göstərilib. Toplu H.Əlizadə və M.H.Təhmasib və İ.Ələsgərin hazırladıqları kitablar, eyni zamanda ustad aşıqların repertuarı əsasında ərsəyə gəlib.  

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015