AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Beynəlxalq simpoziumda ədəbiyyatımıza aid nümunələrin ermənilər tərəfindən mənimsənilməsindən danışılıb
Apr 01, 2021 | 09:09 / Konfranslar, iclaslar
Oxunub 14 dəfə

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Tahirə Məmməd Türk Akademisyenlər Birliyi və Qazi Universitetinin təşkilatçılığı ilə keçirilən “XXI əsrdə Türkiyədə sosial elmlər və cəmiyyət problemləri” beynəlxalq simpoziumda iştirak edib.

Türk respublikalarının və muxtar qurumlarının alimlərinin iştirak etdiyi simpoziumda Tahirə Məmməd “Azərbaycan ədəbiyyatına aid bəzi nümunələrin erməni müəlliflərin əsərləri kimi tanıdılması” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində Qafqaz Müsəlmanlarının ikinci Şeyxülislamı Fazil İrəvaninin, İran dramaturgiyasının banisi Mirzağa Təbrizinin, Şərqdə ilk opera və operettanın müəllifi Üzeyir Hacıbəylinin və digərlərinin əsərlərinin mənimsənilməsindən, Azərbaycan mütəxəssislərinin, alimlərimizin və dövlətimizin haqqın bərpası uğrunda apardığı mübarizədən danışıb.

Tahirə Məmməd, həmçinin Azərbaycanın maddi mədəniyyət nümunələrinin mənimsənilməsi faktına da toxunub. İrəvan və Şuşanın Azərbaycanın mədəniyyət mərkəzləri kimi tarixi rolu və funksiyası haqda məlumat verən alim Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra Şuşanın öz missiyasını yenidən qazanacağını vurğulayıb.

Sonda Türk Akademisyenlər Birliyi daxilində türk mədəniyyətlərinin və müəllif hüquqlarının qorunması ilə bağlı daimi komissiyanın yaradılması haqda təklif irəli sürülüb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015