AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
ƏLYAZMALAR İNSTİTUTU ELMİ TƏDQİQATLARIN İDENTİFİKASİYASI ÜZRƏ QLOBAL REYESTRƏ DAXİL EDİLİB
Apr 01, 2021 | 09:17 / Mühüm hadisələr
Oxunub 62 dəfə

31 mart 2021-ci il tarixində AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu baş qərargahı London şəhərində yerləşən Digital Science təşkilatının Elmi Tədqiqatların İdentifikasiyası üzrə Qlobal Reyestrində (GRID- Global Research Identifier Database) qeydiyyata alınıb və “grid.510394.a” saylı identifikasiya nömrəsinə sahib olub. Əlyazmalar İnstitutu AMEA-nın GRID-ə daxil edilmiş sayca on birinci, Humanitar və İctimai elmlər bölməsi üzrə isə ilk müəssisəsidir. Sözügedən reyestrdə qeydiyyat prosesi İnstitutun Beynəlxalq əlaqələr şöbəsi tərəfindən “Əlyazmalar İnstitutunun beynəlxalq akkreditasiya imkanlarının genişləndirilməsi üzrə Tədbirlər planı” çərçivəsində həyata keçirilib.
Xatırladaq ki, London Kral Kollecinin fəaliyyətinin statistik və elmmetrik təhlillərini aparan Digital Science tərəfindən GRID Reyestrinin yaradılmasında məqsəd dünya elm və təhsil müəssisələrinin vahid elmi-coğrafi məlumat bazasını formalaşdırmaq, son dövrlərdə İnternetdə elmi tədqiqat müəssisələrinin müxtəlif adlarla təqdim olunmasının, fərqli akronimləşdirmənin və s. qarşısını almaq, tədqiqatçılara elmi tədqiqat müəssisələri haqqında dəqiqləşdirilmiş və səhih məlumatlar verməkdir. İndiyədək Reyestrə 100467 elm və təhsil müəssisəsi haqqında məlumat daxil edilib.
Əlyazmalar İnstitutunun beynəlxalq reyestrdəki qeydiyyat səhifəsi ilə buradan tanış olmaq mümkündür.

 

http://www.manuscript.az/index.php?newsid=544

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015