AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Hüseyn Cavidin Ev Muzeyi Elm günü münasibətilə video-sərgi hazırlayıb
Mart 30, 2021 | 09:00 / Konfranslar, iclaslar
Oxunub 460 dəfə

AMEA Hüseyn Cavidin Ev Muzeyi Elm günü münasibətilə onlayn seminar keçirib.

Seminarda muzeyin yeni nəşrlərinin video-sərgisinin təqdimatı olub. “Youtube” vasitəsilə istifadəçilərin ixtiyarına verilən video-sərgidə muzeyin ən yeni nəşrləri nümayiş etdirilib.

Sərgilənən kitablar arasında muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının müəllifliyi və tərtibçiliyi ilə işıq üzü görən 30 cildlik “Cavidşünaslıq” araşdırmalar toplusu, “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” (II və III cildlər), “Heydər Əliyev və Hü­seyn Cavid” monoqrafiyaları, “Sözləri Hüseyn Cavidindir”, “Cavid ocağının istedadla nurlanmış övladı”, “Cəfər Cabbarlı və müasirləri Hüseyn Cavid haqqında”, “Hüseyn Cavid. Knyaz”, “Hüseyn Cavid. Uçurum”, Azərbaycan və rus dillərində “Məmməd Cəfər. Hüseyn Cavid”, Azərbaycan və ingilis dillərində “Cavid hikməti (seçmə aforizmlər)”, ingilis dillərində “Hüseyn Cavid. Topal Teymur” kimi əsərlər yer alıb.

Qeyd edək ki, video-sərgidə nümayiş olunan nəşrlərin hər birinin annotasiyası və biblioqrafik təsviri istifadəçilərin ixtiyarına verilib.

Video-sərgiyə buradan baxa bilərsiniz.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015